Evdən 15 min manatlıq qızıl oğurlandı 

13:11 29.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub.

 

Hafta.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən ev sahibəsi oradan 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.